_

Xidmətlər

KEYFİYYƏTƏ NƏZARƏT

Məhsul və xidmətlərin keyfiyyətinə nəzarət – AGRO RETEMS şirkətinin fəaliyyətində ən vacib meyardır. Məhsul və xidmətlərin davamlı yüksək keyfiyyəti sayəsində biz etibarlı və dürüst tərəfdaş kimi şöhrət qazanmışıq. Biz bütün mərhələlərdə məhsulların daşınmasına nəzarət edirik, həmçinin temperatur rejiminə, sanitar və ekoloji normalara mütləq şəkildə riayət etməklə istehsalçıdan son istehlakçıya çatdırılmasını həyata keçiririk.

Keyfiyyətə nəzarət heyətimiz ən yaxşı Sürveyer məktəblərində təhsil almış təcrübəli mütəxəssislərdir.

2016-cı ildə “Schmidt & Olofson, Marine” sürveyer şirkəti tərəfindən təşkil olunmuş təlim kurslarını bitirdikdən sonra “I-ci səviyyəli Keyfiyyətə Nəzarət Mütəxəssisi” sertifikatlarına layiq görülüblər.

İşə cəlb olunan işçilərin ümumi sayı mövsümdən və göndərilən məhsulların növündən asılı olaraq 70-250 nəfər arasında dəyişir.

LOGİSTİKA

Etibarlı və məsuliyyətli Təchizatçı olan AGRO RETEMS təzə məhsulların ən dəqiq vaxt çərçivəsində yüksək keyfiyyətli və təhlükəsiz tədarükünü təmin etmək məqsədini daşıyır. İstehlakçının dadlı və sağlam məhsuldan həzz alması üçün və yol boyu malları təzə saxlamaq üçün bütün yük maşınlarımız lazımi temperatur və rütubəti saxlayan soyuducu qurğularla təchiz edilmişdir.

AGRO RETEMS şirkətinin avtoparkında 10 şəxsi və 70-dən çox muzdlu refrijerator tipli avtomobillər mövcuddur. Yaxın gələcəkdə şirkət öz parkını 25 yük maşınına qədər genişləndirməyi planlaşdırır.

Şirkətimizin inkişaf vektoru Rusiya Federasiyasında təmsil olunan iri pərakəndə satış şəbəkələri ilə əməkdaşlığa yönəlib. 2018-ci ildə Moskva və Krasnodarda açılan ofislərimiz Rusiya Federasiyasının ərazisində yerli çatdırılmaları həyata keçirməyə imkan verdi. Bundan əlavə, tədarük coğrafiyası Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər bazarlarını əhatə edir. İxrac edilən məhsullar Azərbaycanda, o cümlədən Türkiyədə istehsal olunur.

AGRO RETEMS “Yaşıl Dəhliz” buraxılış sisteminin daimi istifadəçisidir, bu da şirkətimizə idxal və ixrac əməliyyatlarında xüsusi üstünlüklər verir. Gömrük orqanları malların rahat və sürətli daşınmasını təmin etmək məqsədilə gömrük rəsmiləşdirmələrini avtomatik olaraq sadələşdirir.

ANBAR XİDMƏTLƏRİ

AGRO RETEMS şirkəti Azərbaycanın Tovuz, Quba, Hacıqabul, Göyçay, Şabran kimi müxtəlif rayonlarında yerləşən şəxsi anbarlarından məhsulların göndərilməsini həyata keçirir. Anbarlarımızda məhsulun saxlanma şəraitinə ciddi nəzarət edilir, optimal temperatur və rütubət səviyyələri qorunur. Məhsullarımız ən yüksək mal kateqoriyasına aiddir və bütün zəruri tələblərə cavab verir.

Anbarlarımız müasir standartlara cavab verir və ən son texnologiya ilə təchiz olunub. İnkişaf etmiş infrastruktur və optimal saxlama şəraitinə uyğunluq məhsulların saxlama müddətini artırmağa imkan verir.

35000GÖNDƏRİLƏN MƏHSULLARIN TONU
58POZİSİYALARIN SAYI
25MƏMNUN MÜŞTƏRİLƏR
10TƏCRÜBƏ İLLƏRİ